Yuxarı
    Bağlamaq

    ​Türkiyədə parlament seçkisində saxtakarlıq olunduğu iddia edilir

    Məhəmməd Akar: Silvan rayonunun 27 kəndində qutulardan yalnız HDP-nin adı çıxıb

    Bakı. 4 iyul. REPORT.AZ/ "Türkiyə Böyük Millət Məclisinə seçkidə ölkənin Cənub-Şərqi Anadolu bölgəsinin kəndlərində səslərin çoxunun Xalqların Demokratik Partiyasına (HDP) adına çıxması, başqa partiyalara verilən səslərin etibarsız və az olmas seçki qutularına müdaxilənin olmasından xəbər verir".

    "Report" "Anadolu" agentlyinə istinadən bildirir ki, bunu Ədalət və İnkişaf Partiyasının (AKP) Diyarbəkir vilayət sədri Məhəmməd Akar bildirib.

    Onun sözlərinə görə, bölgənin Silvan rayonunun 27 kəndində qutudan yalnız HDP-nin adı çıxıb: "Qutudan AKP-yə bir səsin belə verilməməsi anormal haldır. Bu təbii hal deyil. Yəni bir kəndli, məntəqə komissiyasının bir üzvü, bir yerli vəzifəli də AKP-yə səs verməyib?! Bu şübhəlidir. Etirazları araşdırdıq, ancaq bir nəticə əldə edə bilmədik. Ancaq məsələni araşdıracağıq. Qutulara müdaxilənin olub-olmammasını aydınlaşmalıdır".

    AKP-nin Diyarbəkir vilayəti Hüda Par rayon təşkilatının sədri Şeyhmus Tanrıqulu isə bunları deyib: "Seçkidən 3 ay öncə kəndlilər HDP-yə səsvermələri üçün hədələndi. Seçici psixoloji olaraq, təzyiq altında olub" .

    AKP-nin Siirt, Mardin, Batman bölgələri üzrə sədrləri də adı çəkilən vilayətlərdə qutulara müdaxilə edildiyindən şübhələndiklərini bildiriblər.

    AKP-nin Mardindəki təmsilçilərindən biri, Bahəddin Uncu bəzi qəzet və internet saytlarında yayılan məlumatların doğru olduğunun söyləyib: "Mardində 100 qutudan AKP-nin lehinə bir səs belə çıxmadı. 238 qutudan AKP-nin xeyrinə 5 ya da 5-dən də az səs çıxdı. Məsələn, bir qutuda 270 bülleten varsa, onların hamısında HDP-nin adı çıxıb".

    Qeyd edək ki, 25-ci çağrış Türkiyə Böyük Millət Məclisində AKP 258, Cümhuriyyət Xalq Partiyası 132, Milliyyətçi Hərəkat Partiyası 80 və HDP 80 millət vəkili ilə təmsil olunur. Məclis isə 550 deputatdan formalaşır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi