Yuxarı
    Bağlamaq

    Türkiyədə ölüm hökmünün bərpası ilə bağlı referendum keçirilə bilər

    Bunu Manisada keçirilən mitinqdə prezident Ərdoğan deyib

    Bakı. 24 fevral. REPORT.AZ/ Türkiyə parlamenti ölüm hökmünün bərpa olunmasına dair qanun layihəsini qəbul etməzsə, ölkədə bununla bağlı referendum keçirilə bilər.

    "Report" xəbər verir ki, bunu Manisa əyalətində keçirilən mitinqdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

    "Mən dedim ki, parlament təsdiqləyərsə, ölüm hökmünün geri qaytarılmasını təqdir edərəm. Lakin problem ondadır ki, belə dəyişikliklər konstitusiyaya düzəlişlər tələb edir. Əgər bu, parlament tərəfindən qəbul edilməzsə, biz bu məsələ ilə bağlı referendumun keçirilməsinə təşəbbüs göstərə bilərik. Xalq ölüm hökmünün geri qaytarılmasına səs verərsə, o zaman məsələ bağlanacaq", — deyə Ərdoğan bildirib.

    Türkiyədə son ölüm hökmü 1984-cü ildə icra olunub. 2004-cü ilin mayında Avropa İttifaqına daxil olmaq üçün standartlara uyğunlaşmaq məqsədi ilə bu hökm ləğv olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi