Türkiyədə növbəti terror aktı nəticəsində 1 hərbçi həlak olub, 3 nəfər yaralanıb

Türkiyədə növbəti terror aktı nəticəsində 1 hərbçi həlak olub, 3 nəfər yaralanıb PKK terrorçularının yola yerləşdirdikləri əldəqayırma partlayıcı işə salınıb
Region
26 İyul , 2016 14:47
Türkiyədə növbəti terror aktı nəticəsində 1 hərbçi həlak olub, 3 nəfər yaralanıb

Bakı. 26 iyul. REPORT.AZ/ Türkiyənin Van vilayətində terror aktı törədilib.

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Edremit rayonunun Hacıbekir məhəlləsində zirehli hərbi avtomobilin keçidi zamanı baş verib.

Məlumata görə, PKK terrorçularının yola yerləşdirdikləri əldəqayırma partlayıcının işə salınması nəticəsində bir hərbçi həlak olub, biri yaralanıb. Eyni zamanda, silahlı insident zamanı 2 polis əməkdaşı da yaralanıb.

Terrorçuların zərərsizləşdirilməsi üçün bölgədə genişmiqyaslı əməliyyat başlayıb. 

Son xəbərlər

Orphus sistemi