Türkiyədə nazirliyin 109 əməkdaşının həbs olunması barədə qərar çıxarılıb

Türkiyədə nazirliyin 109 əməkdaşının həbs olunması barədə qərar çıxarılıb Ankara da daxil olmaqla Türkiyənin 20 əyalətində əməliyyat keçirilib
Region
4 Avqust , 2017 17:39
Türkiyədə nazirliyin 109 əməkdaşının həbs olunması barədə qərar çıxarılıb

Bakı. 4 avqust. REPORT.AZ/ Ankara prokurorluğu Türkiyə Elmi-Sənaye və Texnologiya Nazirliyinin 50 keçmiş, 59 indiki əməkdaşının həbs olunması barədə qərar qəbul edib.

“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, onların tutulması istiqamətində Ankara da daxil olmaqla Türkiyənin 20 əyalətində əməliyyat keçirilib.

Məlumata görə, onlar Fətullahçı Terror Təşkilatına (FETÖ) aid “ByLock” kompüter proqramından istifadə etməkdə şübhəli bilinirlər.

Son xəbərlər

Orphus sistemi