Yuxarı

​Türkiyədə müvəqqəti hökumətin iki naziri istefa verib

Hökumətdən uyğun nazirliklərə ən yaxın zamanda yeni şəxslərin təyin olunacağı açıqlanıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ Türkiyə Xalqların Demokratik Partiyasının (HDP) müvəqqəti hökumətdə (seçki hökuməti) təmsil olunan iki naziri istefa verib. 

"Report" Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, partiyanın Mərkəzi Şurasının açıqlamasında HDP-ni seçki hökumətində təmsil edən nazirlər Əli Haydar Konça və Müslim Doğanın tutduqları vəzifədən istefa verdikləri bildirilib.

Bu arada Türkiyə hökumətinin Mətbuat Mərkəzi istefa verən nazirlərlə bağlı yazılı açıqlama yayıb: "Nazirlər Kabinetinin toplantısında Avropa İttifaqı naziri Əli Haydar Konca və inkişaf naziri Müslüm Doğan hökuumət üzvlüyündən istefa vermələrilə bağlı ərizələrini baş nazir Əhməd Davudoğluna təqdim ediblər. Onların istefaları qəbul olunub. Baş nazir Davudoğlu seçki hökumətində təmsil olunduqları üçün onlara təşəkkür edib və bildirib ki, bu onların öz qərarıdır". 

Açıqlamada qeyd olunub ki, uyğun nazirliklərə ən yaxın zamanda yeni şəxslər təyin olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi