Türkiyədə mühacirləri daşıyan qayıq batıb, 2 uşaq ölüb, 10 nəfər itkin düşüb - YENİLƏNİB

Türkiyədə mühacirləri daşıyan qayıq batıb, 2 uşaq ölüb, 10 nəfər itkin düşüb - YENİLƏNİB Bakı. 22 oktyabr. REPORT.AZ/ Türkiyənin Muğla əyalətinin Bodrum rayonu ərazisində qaçqınları daşıyan qayığın batması nəticəsində 2 uşaq ölüb, 10 nəfər itkin düşüb.
Region
22 Oktyabr , 2018 12:03
Türkiyədə mühacirləri daşıyan qayıq batıb,  2 uşaq ölüb, 10 nəfər itkin düşüb - YENİLƏNİB
0 : 00
0 : 00

Bakı. 22 oktyabr. REPORT.AZ/ Türkiyənin Muğla əyalətinin Bodrum rayonu ərazisində qaçqınları daşıyan qayığın batması nəticəsində 2 uşaq ölüb, 10 nəfər itkin düşüb. 

“Report” “Haberler”ə istinadən xəbər verir ki, ərazidə axtarış-xialsetmə əməliyyatı davam edir.

Qayıq mühacirləri Türkiyədən Yunanıstana aparırmış.


*** 11:06

Türkiyənin Muğla əyalətinin Bodrum rayonu ərazisində qaçqınların qayığının batması nəticəsində 10 nəfər itkin düşüb.

“Report” “Haberler”ə istinadən xəbər verir ki, miqrantlar Türkiyədən Yunanıstanın İstanköy adasına keçmək istəyirmişlər.  

Altı metr uzunluğu olan qayıqda 30 mühacir olub.

Bildirilib ki, dalğıclar aralarında 3-ü uşaq olmaqla 20 nəfəri dənizdən sağ çıxarıblar. Uşaqların vəziyyəti ağırdır.

Axtarış-xialsetmə əməliyyatı davam edir.

Son xəbərlər

Orphus sistemi