Yuxarı

​Türkiyədə mühacirləri aparan qayığın batması nəticəsində 4 nəfər ölüb

Əmir Çiçək:Qayıqdakı mühacirlərin sayı hələlik bilinmir

Bakı. 6 aprel. REPORT.AZ/ Türkiyənin Muğla bölgəsində, Darça körfəzində Yunanıstana qanunsuz yolla keçmək istəyən qaçaqları aparan qayığın batması nəticəsində 4 nəfər ölüb, 9 nəfər isə xilas edilib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Muğla valisi Əmir Çiçək bildirib.

Onun sözlərinə görə, qayıqdakı mühacirlərin dəqiq sayı hələlik bilinmir.

Məlumatda bildirilib ki, hadisə yerində axtarış-xilasetmə işləri davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi