Yuxarı

Türkiyədə Mübariz İbrahimovun adını daşıyan məktəbə dərsliklər paylanılıb - FOTO

​Türkiyədə Mübariz İbrahimovun adına məktəbə dərsliklər paylanılıb
© Foto: "Report"

Türkiyənin İstanbul şəhərində yeni fəaliyyətə başlamış, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan ümumtəhsil məktəbinə dərsliklər paylanılıb.

"Report"unTürkiyə bürosu xəbər verir ki, azərbaycanlı ailələrin İstanbulda təhsil alan 6-12 yaşlı uşaqlarının təhsil aldığı məktəbi ziyarət edən Diasporla İş Üzrə Dövlət Komitəsinin nümayəndələri şagirdlərə 500-ə yaxın dərslik və dərs vəsaitləri veriblər.

Komitə əməkdaşları vəsaitlərin digər qisminin də yaxın günlərdə gətiriləcəyini bildiriblər.

Qeyd edək ki, komitə tərəfindən təsis olunan xüsusi komissiya tərəfindən şagirdlərin siyahısı hazırlanıb və onların sənədlərinin qeydiyyatı məsələsi yaxın günlərdə həllini tapacaq.

Vüsalə Abbasova 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi