Türkiyədə MSK sədri dəyişib

Türkiyədə MSK sədri dəyişib Türkiyənin Mərkəzi Seçki Komissiyasının (Yüksek Seçim Kurulu) rəhbəri dəyişib.
Region
24 Yanvar , 2020 16:32
Türkiyədə MSK sədri dəyişib

Türkiyənin Mərkəzi Seçki Komissiyasının (Yüksek Seçim Kurulu) rəhbəri dəyişib.

“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, vəzifə müddəti başa çatan Sadi Güveni 11 komissiya üzvünün səsi ilə Muharrem Akkaya əvəzləyib.

Muharrem Akkaya Ali Məhkəmənin 22-ci Hüquq Dairəsinin üzvüdür. Onun vəzifə müddəti 2023-cü ilin yanvarın 24-dək davam edəcək.

Qeyd edək ki, Muharrem Akkaya ötən il martın 31-də baş tutan İstanbul Böyükşəhər Bələdiyyə seçkiləri nəticələrinin ləğv edilməsinə səs verən komissiya üzvlərindən biri olub.

Son xəbərlər

Orphus sistemi