​Türkiyədə mitinq zamanı terror aktı törədən şəxs saxlanılıb

​Türkiyədə mitinq zamanı terror aktı törədən şəxs saxlanılıb Partlayışlar nəticəsində iki nəfər ölüb, 150-dən çox insan yaralanıb
Region
7 İyun , 2015 14:29
​Türkiyədə mitinq zamanı terror aktı törədən şəxs saxlanılıb

Bakı. 07 İyun. REPORT.AZ/ Türkiyənin Diyarbəkir vilayətində keçirilən seçkiqabağı mitinq zamanı iki ardarda partlayışın törədilməsində şübhəli bilinən şəxs saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğluya istinadən RİA "Novosti" məlumat yayıb.

Mitinq zamanı törədilən partlayışlar nəticəsində iki nəfər ölüb, 150-dən çox insan yaralanıb.

"Dünən gecə yarısı mənə məlumat verildi ki, cümə günü Diyarbəkirdə törədilən iki terror aktının təşkilində şübhəli bilinən şəxslərdən biri saxlanılıb. İstintaq sirri olaraq onun adını və digər detalları açıqlaya bilmərəm, lakin onun partlayışın törədilməsində iştirak etdiyini düşünməyə tutarlı əsaslar var", — deyə baş nazir parlament seçkiləri zamanı seçki məntəqələrindən birində deyib.

Son xəbərlər

Orphus sistemi