Yuxarı

​Türkiyədə mitinq zamanı partlayış baş verib, 2 nəfər ölüb, 100 nəfər yaralanıb

Hadisə Xalqların Demokratik Partiyasının mitinqində qeydə alınıb

Bakı. 05 İyun. REPORT.AZ/ Türkiyənin kürdyönlü Xalqların Demokratik Partiyası tərəfdarlarının Diyarbəkir əyalətində meydana toplaşdığı zaman partlayış baş verib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Mehdi Ekerin məlumatına görə, ardarda baş verən iki partlayış nəticəsində 2 nəfər ölüb, 100 nəfər yaralanıb.

Meydana toplaşanlar etiraz əlaməti olaraq hadisə yerində qalıblar. İlkin məlumatlara görə, partlayış meydanda olan transformator ərazisində baş verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi