Türkiyədə mina partladılıb: bir hərbçi şəhid olub, ikisi yaralanıb

Türkiyədə mina partladılıb: bir hərbçi şəhid olub, ikisi yaralanıb Bakı. 19 iyun. REPORT.AZ/ Türkiyənin Siirt əyalətinin Eruh rayonunda terrorçu PKK silahlılarının yola döşədikləri minaların partladılması nəticəsində bir hərbçi şəhid olub, ikisi yaralanıb.
Region
19 İyun , 2018 09:22
Türkiyədə mina partladılıb: bir hərbçi şəhid olub, ikisi yaralanıb

Bakı. 19 iyun. REPORT.AZ/ Türkiyənin Siirt əyalətinin Eruh rayonunda terrorçu PKK silahlılarının yola döşədikləri minaların partladılması nəticəsində bir hərbçi şəhid olub, ikisi yaralanıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, yaralı hərbçilər dövlət xəstəxanasına yerləşdiriliblər.

Şəhid və yaralı hərbçilər ixtisaslı çavuş olublar.

Türkiyə Silahlı Qüvvələrinin 17-18 iyun tarixlərində İraqın şimalında Avaşin-Basyan bölgələrində, Türkiyənin Diyarbakır əyalətinin Hani, Şırnak əyalətinin Silopi rayonlarında keçirdiyi antiterror əməliyyatları nəticəsində 26 terrorçu zərərsizləşdirilib, onların silah-sursat, ərzaq anbarları bombardman edilib.

Son xəbərlər

Orphus sistemi