Türkiyədə mikroavtobusla TIR toqquşub, 4 nəfər ölüb, 16 nəfər yaralanıb - YENİLƏNİB

Türkiyədə mikroavtobusla TIR toqquşub, 4 nəfər ölüb, 16 nəfər yaralanıb - YENİLƏNİB Bakı. 10 dekabr. REPORT.AZ/ Türkiyənin Çanaqqala əyalətində mikroavtobusla TIR-ın toqquşması nəticəsində 4 nəfər ölüb, 16 nəfər yaralanıb.
Region
10 Dekabr , 2018 10:09
Türkiyədə mikroavtobusla TIR  toqquşub, 4 nəfər ölüb, 16 nəfər yaralanıb - YENİLƏNİB

Bakı. 10 dekabr. REPORT.AZ/ Türkiyənin Çanaqqala əyalətində mikroavtobusla TIR-ın toqquşması nəticəsində 4 nəfər ölüb, 16 nəfər yaralanıb. 

“Report” “Haber7”yə istinadən xəbər verir ki, ağır yol qəzasında ölən və yaralananların sayı arta bilər.  


*** 09:37

Türkiyədə mikroavtobusla TIR-ın toqquşması nəticəsində çox sayda insan ölüb və yaralanıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, hadisə Çanaqqala əyalətində baş verib. 

Əyalətin Biğa rayonunda fabrik fəhlələrini daşıyan mikroavtobus Yeniceköy yaşayış məntəqəsi yaxınlığında TIR-la toqquşub.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib.

Qəzanın səbəbi araşdırılır. 

Son xəbərlər

Orphus sistemi