Yuxarı

​Türkiyədə metroda vaqon aşıb, yaralananlar var

Hadisə yerinə təcili yardım maşınları cəlb edilib

Bakı. 8 yanvar. REPORT.AZ/ Türkiyənin İzmir şəhərinin metrosunda "Evka 3-Fahrettin" marşrutu ilə hərəkət edən qatarın vaqonunun aşması nəticəsində çoxlu sayda sərnişin xəsarət alıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, hadisə yerinə təcili yardım maşınları cəlb edilib.

İnformasiyaya əsasən, depoda yükləmə zamanı konteynerlərdən biri aşıb və vaqona çırpılıb. Nəticədə qəza baş verib. 

Xəbərdə bildirilib ki, vaqondakı bəzi sərnişinlər yaralanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi