Yuxarı

​Türkiyədə məktəbdə partlayış olub, 5 şagird yaralanıb

Partlayış əldəqayırma qumbara ilə törədilib

Bakı. 22 yanvar. REPORT.AZ/ Türkiyənin Diyarbəkir əyalətinin Bağlar rayonundakı Çələbi Eser orta məktəbində şagirdlərin səhər toplantısı zamanı törədilən partlayış nəticəsində 5 məktəbli yaralanıb.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, partlayış əldəqayırma qumbara ilə törədilib.

Hadisə ilə bağlı təhlükəsizlik və polis orqanları araşdırma aparır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi