​Türkiyədə "Kürdüstan Azadlıq Partiyası" rəsmi olaraq təsdiqlənib

​Türkiyədə "Kürdüstan Azadlıq Partiyası" rəsmi olaraq təsdiqlənib Yeni yaranan partiyanın qurucularının İraqın şimalını idarə edən hökumətin başçısı Məsud Barzaniyə yaxın olduğu da ehtimal edilir
Region
12 Dekabr , 2014 13:30
​Türkiyədə Kürdüstan Azadlıq Partiyası rəsmi olaraq təsdiqlənib

Bakı. 12 dekabr. REPORT.AZ/Türkiyənin Daxili İşlər Nazirliyi rəsmi olaraq, "Kürdüstan Azadlıq Partiyası"nın müraciətini qəbul edib.

"Report"un xəbərinə görə, məlumatı "CNNTurk" yayıb.

Onlar bir ay öncə nazirliyə müraciət edibmiş. Ancaq nazirlik partiyanın adındakı "Kürdüstan" sözünün çıxarılmasını bildirərək, təşkilatı qeydə almayıb. Daxili İşlər Nazirliyi artıq araşdırmanı başa çatdırıb və "Kürdüstan Azadlıq Partiyası"nı rəsmi olaraq təsdiqləyib.

Yeni yaranan partiyanın qurucularının İraqın şimalını idarə edən hökumətin başçısı Məsud Barzaniyə yaxın olduğu da ehtimal edilir. 

Son xəbərlər

Orphus sistemi