Türkiyədə koronavirusa yoluxanların sayı 30 mini ötdü

Türkiyədə koronavirusa yoluxanların sayı 30 mini ötdü Türkiyədə daha 75 nəfər pandemiyanın qurbanı olub.
Region
6 Aprel , 2020 20:51
Türkiyədə koronavirusa yoluxanların sayı 30 mini ötdü

Türkiyədə daha 75 nəfər pandemiyanın qurbanı olub. 

“Report” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Onun sözlərinə görə, ölkədə pandemiyadan ölənlərin ümumi sayı 649 nəfərə çatıb.

"Bu gün 21 400 test keçirilib, 3 148 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 30 217 nəfərdir. Bu gün daha 284 pasiyent sağaldı, ümumi say 1 326 nəfərdir", - nazir özünün “Twitter”dəki səhifəsində yazıb.

Son xəbərlər

Orphus sistemi