Yuxarı

Türkiyədə koronavirusdan ölənlərin sayı 356-ya çatdı

Türkiyədə koronavirusdan ölənlərin sayı 356-ya çatdı

1081

Türkiyədə son bir gündə 2 456 koronavirusa yoluxma faktı qeydə alınıb.

"Report" xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

O qeyd edib ki, bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 18 135 nəfərə çatıb, ölənlərin sayı isə 79 nəfər artaraq 356 nəfərə yüksəlib.

Nazirin sözlərinə görə, dünyasını dəyişən xəstələrin 82%-i yaşı 60 və daha çox olan insanlardır. 

Bundan başqa, son sutkada daha 82 xəstə sağalıb. Beləliklə, ümumilikdə sağalanların sayı 415-ə çatıb. 

Bildirilib ki, bu gün 18 757 nəfər testdən keçib. Ümumilikdə testdən keçənlərin sayı isə 125 556 nəfərə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 204 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 986 200-ü ötüb. Bunların 206 372 nəfəri sağalıb, 50 382 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi