Türkiyədə koronavirusdan ölənlərin sayı 108 nəfərə çatdı

Türkiyədə koronavirusdan ölənlərin sayı 108 nəfərə çatdı Son sutka ərzində Türkiyədə koronavirusa yoluxanların sayı 1,7 min nəfəri ötüb.
Region
28 Mart , 2020 21:17
Türkiyədə koronavirusdan ölənlərin sayı 108 nəfərə çatdı

Son sutka ərzində Türkiyədə koronavirusa yoluxanların sayı 1,7 min nəfəri ötüb.

“Report” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, ölkədə daha 16 nəfər koronavirusun qurbanı olub. 

"Son 24 saat ərzində 7 641 test edilib və 1 704 yeni yoluxma qeydə alınıb. 16 xəstə öldü. İndi ölənlərin ümumi sayı 108 nəfərə çatdı, xəstələr 7 402 nəfərdir", - nazir özünün “Twitter”dəki səhifəsində yazıb.

Nazirin sözlərinə görə, koronavirusdan sağalan xəstələrin ümumi sayı 70 nəfərdir.

Koronavirus Türkiyədə ilk dəfə martın 10-da yerli sakində aşkar edilib. O, ölkəyə Avropadan qayıdıb.

Son xəbərlər

Orphus sistemi