Türkiyədə koronavirus qurbanlarının sayı 1,1 min nəfəri ötdü

Türkiyədə koronavirus qurbanlarının sayı 1,1 min nəfəri ötdü Türkiyədə son bir gün ərzində koronavirusa yoluxanların sayı daha 5,1 min nəfər artıb.
Region
11 Aprel , 2020 21:23
Türkiyədə koronavirus qurbanlarının sayı 1,1 min nəfəri ötdü

Türkiyədə son bir gün ərzində koronavirusa yoluxanların sayı daha 5,1 min nəfər artıb.

“Report”un məlumatına görə, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 52,1 min nəfəri ötüb.

"Son 24 saatda 33 170 test edilib, 5 138 yeni hal (koronavirusa yoluxma) qeydə alınıb. 95 xəstə öldü. İndi ölənlərin ümumi sayı 1 101, xəstələrin ümumi sayı 52 167 nəfər oldu", - deyə nazir özünün “Twitter”dəki səhifəsində yazıb.

Fahrettin Kocanın sözlərinə görə, virusa yoluxmuş 2 965 nəfər sağalıb.

Son xəbərlər

Orphus sistemi