Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı komissiya yaradılıb

Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı komissiya yaradılıb Komissiyada AKP, CHP və MHP yer alacaq
Region
1 Avqust , 2016 19:16
Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı komissiya yaradılıb

Bakı. 1 avqust. REPORT.AZ/ Türkiyədə konstitusiya dəyişikliyi hazırlığı ilə bağlı komissiya yaradılıb. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, ölkə müxalifəti də iqtidarın bu addımını dəstəkləyib. 

Məlumata görə, komissiyada hakim Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) yer alacaq. CHP-ni sədr müavini Bülent Tezcan, MHP-ni isə Afyonkarahisardan seçilmiş millət vəkili Mehmet Parsak təmsil edəcək. Onlar ölkə konstitusiyasına nəzərdə tutulan dəyişikliklə bağlı əvvəlcədən hazırlıq işi görəcək və bunu partiya sədrlərinə təqdim edəcəklər.   

Xəbərdə komissiyanın ilk toplantısının nə vaxt keçiriləcəyinin hələlik müəyyənləşdirilmədiyi bildirilib. 

Son xəbərlər

Orphus sistemi