Yuxarı

​Türkiyədə kommunistlər seçkiyə iki partiya ilə qatılacaq

Bu siyasi kampaniyada 29 partiya iştirak edəcək

Bakı. 28 avqust. REPORT.AZ/ Türkiyədə Böyük Millət Məclisinə keçiriləcək seçkidə 29 siyasi partiya iştirak edəcək.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

İyunun 7-də keçirilən seçkidə baryeri keçən hakim Ədalət və İnkişaf, Cümhuriyyət Xalq, Milliyyətçi Hərəkat, Xalqların Demokratik partiyaları ilə yanaşı, kommunistlərin iki siyasi təşkilatı (Türkiyə Kommunist, Kommunist partiyaları) da iştirak edəcək.

Qeyd edək ki, seçkilər noyabrın 1-də keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi