Türkiyədə koalisiya hökumətinin qurulmasına dair danışıqlar bu həftə davam edəcək

Türkiyədə koalisiya hökumətinin qurulmasına dair danışıqlar bu həftə davam edəcək Danışıqlar nəticəsiz qalsa Türkiyədə növbədənkənar parlament seçkiləri keçiriləcək
Region
11 Avqust , 2015 02:33
Türkiyədə koalisiya hökumətinin qurulmasına dair danışıqlar bu həftə davam edəcək

Bakı. 11 avqust. REPORT.AZ/ Türkiyənin baş naziri səlahiyyətlərini icra edən, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Əhməd Davudoğlu ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıcdaroğlu arasında koalisiya hökumətinin qurulması dair danışıqlar prosesi davam edəcək. Növbəti görüş avqustun 14-ə təyin olunub.

"Report" NTV telekanalına istinadən xəbər verir ki, ötən axşam paytaxt Ankarada keçirilən 4.5 saatlıq Davudoğlu-Kılıcdaroğlu görüşündən sonra jurnalistlərə açıqlama verən AKP rəsmisi Haluk Koç bildirib ki, hələlik koalisiyanın formalaşdırılmasına dair ümumi fikir formalaşmayıb. Bu səbəblə danışıqlar davam etməlidir.

Qeyd edək ki, danışıqlar nəticəsiz qalsa Türkiyədə növbədənkənar parlament seçkiləri keçiriləcək.

Son xəbərlər

Orphus sistemi