​Türkiyədə koalisiya hökumətini qurmaq yenə mümkün olmayıb

​Türkiyədə koalisiya hökumətini qurmaq yenə mümkün olmayıb AKP-MHP görüşü nəticəsiz başa çatıb
Region
17 Avqust , 2015 20:05
​Türkiyədə koalisiya hökumətini qurmaq yenə mümkün olmayıb

Bakı. 17 avqust. REPORT.AZ/ "MHP lideri AKP ilə koalisiya hökumətinin qurulmasının mümkün olmadığını, azlıq hökuməti və növbədənkənar parlament seçkilərinə də dəstək verməyəcəklərini söylədi".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyə baş naziri səlahiyyətlərini icra edən, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Əhməd Davudoğlu partiyanın qərargahında keçirdiyi mətbuat konfransında bildirib.

O, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə keçirdiyi görüşdə ölkədə baş verən hadisələri müzakirə etdiklərini söyləyib.

"Bu gün Dövlət Bağçalı ilə səmimi şəkildə görüşdük. Əvvəlcə terrorla mübarizə məsələsində fikir mübadiləsi apardıq. D.Bağçalı əvvəllər də ictimaiyyətə açıqladığı 4 maddə səbəbindən AKP ilə koalisiya hökumətinin qurulmasının mümkün olmadığını ifadə etdi. MHP sədri seçki hökumətinin qurulmasını da uyğun gömədiklərini, növbədənkənar parlament seçkiləri ilə bağlı Türkiyə Böyük Millət Məclisində keçiriləcək müzakirələrə qatılacaqlarını, ancaq dəstək verməyəcəklərini bildirdi. Bizim çox istəməyimizə baxmayaraq, nə Kamal Kılıçdaroğlu, nə də Dövlət Bağçalı ilə koalisiya hökuməti qurmağın mümkün olmadığını gördük. Prezidentlə görüşüb addımlarımızı müəyyənləşdirəcəyik. Biz qapılarımızı bağlamamışıq. Təkrar görüşlər keçirə bilərik. Ancaq koalisiya hökumətinin qurulması mümkün deyil. Avqustun 23-dən sonra növbədənkənar parlament seçkiləri ilə bağlı qərar veriləcək. Əgər zərurət yaranarsa, vəzifəmdən əl çəkəcəyəm". 

Son xəbərlər

Orphus sistemi