Yuxarı

Türkiyədə “Kıran 6” antiterror əməliyyatı başlayıb

​Türkiyədə “Kıran 6” antiterror əməliyyatı başlayıb

Türkiyənin təhlükəsizlik qüvvələri terrorçulara qarşı yeni əməliyyata başlayıb. 

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ölkənin cənub-şərqində - Van, Hakkari və Şırnak əyalətlərində “Kıran 6” antiterror əməliyyatı başlayıb.

Əməliyyata 2360 polis əməkdaşı və jandarm, eləcə də 157 xüsusi təyinatlı dəstə qatılıb.

Qeyd edək ki, antiterror əməliyyatının birinci mərhələsi bu il avqustun 19-da başlayıb. Əməliyyat nəticəsində terrorçu PKK qruplaşmasının 10 mindən çox üzvü zərərsizləşdirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi