Türkiyədə "Kimse Yok Mu" dərnəyinin 121 üzvü həbs edilib

Türkiyədə "Kimse Yok Mu" dərnəyinin 121 üzvü həbs edilib İctimai birlik 2004-cü ildə İstanbulda yaradılıb və Nazirlər Kabinetinin qərarı ilə qeydə alınıb
Region
27 Sentyabr , 2016 10:59
Türkiyədə Kimse Yok Mu dərnəyinin 121 üzvü həbs edilib

Bakı. 27 sentyabr. REPORT.AZ/ İstanbulun Anadolu rayon Prokrorluğunun Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı apardığı istintaq çərçivəsində "Kimse Yox Mu" ictimai təşkilatına qarşı cinayət işi başlanıb.

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, ictimai birliyin 121 üzvü barəsində həbs qətimkan tədbiri seçilib.

Məlumata görə, birlik Qurban bayramı ilə bağlı toplanan ianə pullarını FETÖ-yə ötürməkdə ittiham olunur.

Qeyd edək ki, "Kimse Yokmu" Həmrəylik və Yardımlaşma Dərnəyi 2004-cü ildə İstanbulda yaradılıb. Türkiyə Nazirlər Kabineti birliyi cəmiyyətin mənafeyi üçün çalışan təşkilat kimi qeydə alıb. 

Son xəbərlər

Orphus sistemi