Yuxarı

Türkiyədə kəşfiyyat idarəsinin binasına hücum etməyə çalışan terrorçu zərərsizləşdirilib

Əynində intihar kəməri olan terrorçu MİT binasına girmək istəsə də, mühafizəçilər sayıq tərpənib

Bakı. 6 sentyabr. REPORT.AZ/ Türkiyə polisi ölkənin cənubunda yerləşən Mersin şəhərində Milli Kəşfiyyat Təşkilatının (MİT) yerli idarəsinin binasına hücum hazırlayan terrorçu-kamikadzeni zərərsizləşdirib.

"Report" DHA-ya istinadən xəbər verir ki, əynində intihar kəməri olan terrorçu MİT binasına girmək istəsə də, mühafizəçilər sayıq tərpənərək atəş açıb.

Partlayıcı qurğunun zərərsizləşdirilməsi üzrə işlər davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi