Türkiyədə keçmiş nazirin qardaşı bıçaqlanaraq öldürülüb

Türkiyədə keçmiş nazirin qardaşı bıçaqlanaraq öldürülüb Hadisə ilə bağlı araşdırma aparılır
Region
16 May , 2017 12:41
Türkiyədə keçmiş nazirin qardaşı bıçaqlanaraq öldürülüb

Bakı. 16 may. REPORT.AZ/ Türkiyənin keçmiş nəqliyyat naziri Enis Öklüüzün qardaşı Abdulvahip Öksüz (66 yaşında) kirayəçisi Nurettin K. (49) tərəfindən bıçaqlanaraq öldürülüb.

“Report” "CNNTürk"ə istinadən xəbər verir ki, keçmiş nazirin qardaşını kirayəçisi 5 yerindən bıçaqlayıb.

Məlumata görə, aldığı zərbələrdən yaralanan 5 uşaq atası Abdulvahip Öksüz xəstəxanada ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Esin Öksüz 1999-cu il mayın 28-dən 2001-ci il iyulun 17-dək Bülənt Ecevitin başçılıq etdiyi 57-ci koalisya hökumətində nəqliyyat naziri olub.

Son xəbərlər

Orphus sistemi