Türkiyədə keçirilmiş prezident və parlament seçkilərinin yekun nəticələri elan edilib

Türkiyədə keçirilmiş prezident və parlament seçkilərinin yekun nəticələri elan edilib Bakı. 4 iyul. REPORT.AZ/ Türkiyənin Mərkəzi Seçki Komissiyası iyunun 24-də keçirilən növbədənkənar prezident və parlament seçkilərinin yekun nəticələrini elan edib.
Region
4 İyul , 2018 19:08
Türkiyədə keçirilmiş prezident və parlament seçkilərinin yekun nəticələri elan edilib

Bakı. 4 iyul. REPORT.AZ/ Türkiyənin Mərkəzi Seçki Komissiyası iyunun 24-də keçirilən növbədənkənar prezident və parlament seçkilərinin yekun nəticələrini elan edib. 

"Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, prezident seçkilərinin qalibi 52,59 faiz səslə Rəcəb Tayyib Ərdoğan olub.

Onun əsas rəqibi Muharrem İnce 30,64 faiz, Selahattin Demirtaş - 8,40 faiz, Meral Akşener - 7,29 faiz, Temel Karamollaoğlu 0,89 faiz, Doğu Perinçek 0,20 faiz səs toplayıb.

Parlament seçkilərində isə 42,56 faiz səslə hakim Ədalət və İnkişaf Partiyası (AKP) qalib gələrək 600 deputat mandatından 295-nə sahib olub. 

Son xəbərlər

Orphus sistemi