Bakı. 29 iyul. REPORT.AZ/ Türkiyədə Hüquq-mühafizə orqanları anti-terror əməliyyatı çərçivəsində mindən artıq adamı həbs edib. Bu barədə "Report" Qazeta.Ru-ya istinadən xəbər verir.
Baş nazir Əhməd Davudoğlunun mətbuat xidmətinin məlumatında deyilir ki, 1302 nəfər tutularaq nəzarət altına alınıb.
Həbs olunanlar "İŞİD", PKK və qanunsuz kommunist qruplaşmaları ilə əlaqələrdə şübhəli bilinir.