​Türkiyədə keçirilən antiterror əməliyyatı nəticəsində 900-dən artıq adam həbs olunub

​Türkiyədə keçirilən antiterror əməliyyatı nəticəsində 900-dən artıq adam həbs olunub Bazar ertəsi səhər Ankara polisi "İŞİD" üzvlərinin yaşadığı ünvanlarda reydlər keçirib
Region
27 İyul , 2015 16:50
​Türkiyədə keçirilən antiterror əməliyyatı nəticəsində 900-dən artıq adam həbs olunub

Bakı. 27 iyul. REPORT.AZ/ Türkiyədə bir neçə gün davam edən antiterror əməliyyatları nəticəsində 900-dən çox insan həbs olunub. Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Türkiyə hökumətindəki mənbədən verilən məlumata görə, iyulun 24-də terror təşkilatı olan "İslam Dövləti" quplaşması və ölkədə qadağan olunan Kürd Fəhlə Partiyası (PKK) yaraqlılarına qarşı antiterror əməliyyatı başlayıb.

Bazar ertəsi səhər Ankara polisi "İŞİD" üzvlərinin yaşadığı güman edilən ünvanlarda reydlər keçirib.

"CNN Turk"  telekanalının məlumatına görə, həbs olunan 15 nəfərdən 11-i xarici vətəndaşdır. Polisin məlumatına görə, qruplaşma üzvləri kifayət qədər açıq şəkildə təbliğat aparıblar. Onların məqsədi Suriyaya yeni döyüşçülərin göndərilməsi üçün qruplaşma sıralarına gənclərin cəlb edilməsi olub. 

Son xəbərlər

Orphus sistemi