​Türkiyədə keçirilən antiterror əməliyyatı nəticəsində 13 terrorçu zərərsizləşdirilib

​Türkiyədə keçirilən antiterror əməliyyatı nəticəsində 13 terrorçu zərərsizləşdirilib Terrorçulardan bir "RPG-7" qumbaraatan, bir ov tüfəngi, bir "Kalaşnikov" avtomatı aşkarlanaraq, götürülüb
Region
16 Noyabr , 2015 17:43
​Türkiyədə keçirilən antiterror əməliyyatı nəticəsində 13 terrorçu zərərsizləşdirilib

Bakı. 16 noyabr. REPORT.AZ/ Türkiyənin Hakkari əyalətinin Çukurca rayonunda havadan endirilən zərbələr nəticəsində 13 terrorçu zərərsizləşdirlib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, Silahlı Qüvvələrin Türkiyənin Şırnak əyalətinin Beytüşşabap rayonunda keçirdiyi antiterror əməliyyatı nəticəsində terrorçuların sığındığı yerdən bir partlayıcı qurğu, 500 metr kabel, bir generator, bir Günəş enerjisi paneli, ərzaq məhsulları, ilkin tibbi yardım ləvazimatları və s. aşkarlanaraq götürülüb.

Van əyalətinin Erciş rayonunda keçirilən axtarış-əməliyyat tədbiri nəticəsində terrorçu qruplaşmaya məxsus bir "RPG-7" qumbaraatan, bir ov tüfəngi, bir "Kalaşnikov" avtomatı aşkarlanıb.

Ölkənin Siirt əyalətinin Pervari rayonunda isə terror qruplaşmasına himayədarlıq edən 3 nəfər saxlanılıb.

Türkiyənin Ağrı əyalətinin Hamur rayonunda keçirilən antiterror əməliyyatı nəticəsində bir terrorçu tutulub.

Son xəbərlər

Orphus sistemi