​Türkiyədə keçiriləcək seçkiləri müşahidə etmək üçün qeydiyyat başlayıb

​Türkiyədə keçiriləcək seçkiləri müşahidə etmək üçün qeydiyyat başlayıb KİV nümayəndələri seçkiləri müşahidə etmək üçün oktyabrın 26-dək akkreditasiyadan keçə bilər
Region
19 Oktyabr , 2015 19:41
​Türkiyədə keçiriləcək seçkiləri müşahidə etmək üçün qeydiyyat başlayıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ Türkiyə Böyük Millət Məclisinə (TBMM) keçiriləcək seçkiləri müşahidə etmək üçün KİV nümayəndələri oktyabrın 26-sı yerli vaxtla saat 13.00-dək qeydiyyatdan keçə bilər.

"Report" xəbər verir ki, bu haqda Türkiyə hökuməti mətbuat xidməti məlumat yayıb.

Xəbərə görə, akkreditasiyadan keçmək üçün http://akreditasyon.byegm.gov.tr saytına daxil olmaq lazımdır.

Məlumata görə, müraciət edənlər akkreditasiya kartlarını oktyabrın 28-31 tarixlərində yerli vaxtla saat 09.30 - 17.00-dək Ankara Mərkəzi İdarəsi, İstanbul əyalət İdarəsi və Diyarbəkir əyalət İdarəsindən ala bilərlər.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinə seçkilər noyabrın 1-də keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi