Yuxarı

Türkiyədə kamikadze hücumu: 2 ölü, 24 yaralı - FOTO

Jandarmeriya bölməsinin yaxınlığında iki tona yaxın partlayıcı maddələrlə dolu olan traktor partladılıb

Bakı. 2 avqust. REPORT.AZ/ Terrorçu PKK təşkilatının üzvləri Türkiyənin Ağrı vilayətinin Doğubayazıt rayonunda yerləşən Karabulak jandarmeriya bölməsinin yaxınlığında partlayış törədib. Bu barədə "Report" "Hürriyet" qəzetinə istinadən xəbər verir.

Partlayışın kamikazde tərəfindən hətaya keçirildiyi, nəticədə iki hərbçinin öldüyü, 24 əsgərin isə yaralandığı bildirilir.

Qeyd olunur ki, jandarmeriya bölməsinin yaxınlığında iki tona yaxın partlayıcı maddələrlə dolu olan traktor partladılıb. Hadisə Bakı vaxtı ilə 05:00-da baş verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi