Yuxarı
    Bağlamaq

    Türkiyədə jandarmeriya binasına hücum olub: 1 ölü, 2 yaralı var

    Hücumu Xalqların Birləşmiş İnqilabçı Hərəkatı həyata keçirib

    Bakı. 1 avqust. REPORT.AZ/ Türkiyənin Tunceli vilayətində jandarmeriya binasına hücum olub. 

    "Report" "Habertürk"ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Hozat rayonunda baş verib. 

    Avtomat silahlardan açılan atəş nəticəsində 1 mülki vətəndaş həlak olub, 2 hərbçi yaralanıb. Yaralı hərbçilər Tunceli Hərbi Xəstəxanasına aparılıblar. 

    Hücumu PKK ilə üç silahlı sol təşkilatdan ibarət Xalqların Birləşmiş İnqilabçı Hərəkatı (HBDH) həyata keçirib. 

    Terrorçuların zərərsizləşdirilməsi üçün qurudan və havadan əməliyyat başlayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi