Türkiyədə iyulun 15-i rəsmi qeyri-iş günü olacaq

Türkiyədə iyulun 15-i rəsmi qeyri-iş günü olacaq Ərdoğan: "İyulun 15-i hər il şəhid və qazilər günü olaraq tətil ediləcək"
Region
29 Sentyabr , 2016 14:01
Türkiyədə iyulun 15-i rəsmi qeyri-iş günü olacaq

Bakı. 29 sentyabr. REPORT.AZ/ Hər il iyulun 15-i Türkiyədə rəsmi qeyri-iş günü olacaq.

"Report" "Haber7"yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan icra nümayəndələri ilə keçirdiyi görüşdə bildirib.

O, icra nümayəndələrinin 27-ci toplantısında çıxışının sonunda iyulun 15-nin rəsmi qeyri-iş günü olacağını söyləyib: "İyulun 15-i hər il şəhid və qazilər günü olaraq tətil ediləcək".

Qeyd edək ki, bu il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd olub. Rəcəb Tayyib Ərdoğanın müraciətindən sonra ölkə vətəndaşları demokratiyanı müdafiə məqsədilə Türkiyənin küçə və meydanlarına çıxıblar. 

Son xəbərlər

Orphus sistemi