Türkiyədə işsizlik son 4 ilin maksimal səviyyəsinə çatıb

Türkiyədə işsizlik son 4 ilin maksimal səviyyəsinə çatıb İşsizlərin sayı artıb və 4 ildə ilk dəfə 3 milyona çatıb
Region
15 Dekabr , 2014 19:05
Türkiyədə işsizlik son 4 ilin maksimal səviyyəsinə çatıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Bu ilin sentyabr ayında Türkiyədə işsizlik 2011-ci ilin fevral ayından bu yana maksimal səviyyəyə - 10,5% çatıb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Statistika Agentlyinin məlumatında deyilir. 

Ötən ayla müqayisədə işsizlərin sayı 120 min nəfər artıb və son 4 ilin ərzində ilk dəfə 3 milyondan artıq olub. Kişilərdə işsizlik səviyyəsi 9,1%, qadınlarda -13,6%, gənclərdə - 19,1% təşkil edib.

Türkiyədə iqtisadi inkişaf templəri üçüncü rübdə son illərin ən minimal səviyyəsinə düşüb, ötən ilin eyni dövründəki 4,2% ilə müqayisədə 1,74% təşkil edib. 

Türkiyənin 22,1% əmək qabiliyyəti olan əhalisi aqrar sektorda, 20%-i sənaye sektorunda, 7,5%-i tikintidə və 50,5%-i xidmət sahəsində çalışır. 

Son xəbərlər

Orphus sistemi