Türkiyədə ildırım çaxmaları meşə yanğınına səbəb olub - FOTO

Türkiyədə ildırım çaxmaları meşə yanğınına səbəb olub - FOTO Yanğının söndürülməsinə 2 təyyarə, 14 yanğınsöndürən maşın, 3 helikopter, 220 yanğınsöndürən cəlb edilib
Region
5 Sentyabr , 2016 03:56
Türkiyədə ildırım çaxmaları meşə yanğınına səbəb olub - FOTO

Bakı. 5 sentyabr. REPORT.AZ/ Türkiyənin Muğla vilayətində güclü yağışlarla müşayiət olunan ildırım güclü meşə yanğınına səbəb olub.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, son sutka ərzində 24 dəfə ildırım çaxması bir neçə hektar meşə sahəsinin yanması ilə nəticələnib. Yanğının qarşısının alınmasına 2 təyyarə, 14 yanğınsöndürən maşın, 3 helikopter, habelə 220 yanğınsöndürən cəlb edilib.

Vilayətin rəsmisi Mehmet Çelik meşə sahəsinə ciddi ziyan vurmuş yanğının söndürüldüyünü bildirib.

Foto: "Anadolu" xəbər agentliyi.

Son xəbərlər

Orphus sistemi