Yuxarı

Türkiyədə iki polis şəhid olub, 10 nəfər yaralanıb

PKK terrorçuları polis əməkdaşlarını daşıyan avtobusu qumbaraatanlardan atəşə tutub

Bakı. 18 yanvar. REPORT.AZ/ Türkiyənin Şirnak şəhərində PKK terrorçuları polis əməkdaşlarını daşıyan avtobusu qumbaraatanlardan atəşə tutub.

"Report"-un “NTV” telekanalına istinadən verdiyi məlumata görə, nəticədə iki polis zabiti şəhid olub, 10 nəfər yaralanıb.

Bölgədə terrorçulara qarşı əməliyyatlar davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi