​Türkiyədə iki partiya seçkiyə qatılmaqdan imtina edib

​Türkiyədə iki partiya seçkiyə qatılmaqdan imtina edib Noyabrın 1-də keçiriləcək seçkidə 27 siyasi təşkilatın iştirakı ilə bağlı qərar qəbul olunub
Region
14 Sentyabr , 2015 11:45
​Türkiyədə iki partiya seçkiyə qatılmaqdan imtina edib

Bakı. 14 sentyabr. REPORT.AZ/ Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkidə iki partiya iştirak etməyəcək.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Azadlıq və Həmrəylik (Özgürlük və Dayanışma) və Əmək partiyaları seçkidə iştirak etməyəcəkləri barədə Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.

Bununla da noyabrın 1-də keçiriləcək seçkidə 27 siyasi təşkilatın iştirakı ilə bağlı qərar qəbul olunub. Türkiyənin MSK-sı avqustun sonunda bəyan etmişdi ki, seçkiyə 29 partiya qatılacaq. 

Xatırladaq ki, iyunun 7-də keçirilən seçkidə 20 partiya iştirak etmişdi. 

Son xəbərlər

Orphus sistemi