Türkiyədə avtobusla minik avtomobili toqquşub: 4 nəfər ölüb, 42 nəfər yaralanıb

Türkiyədə avtobusla minik avtomobili toqquşub: 4 nəfər ölüb, 42 nəfər yaralanıb Türkiyənin Balıkesir əyalətinin Bandırma rayonunda avtobusla minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb, 42 nəfər yaralanıb.
Region
11 İyun , 2019 09:10
Türkiyədə avtobusla minik avtomobili toqquşub: 4 nəfər ölüb, 42 nəfər yaralanıb

Türkiyənin Balıkesir əyalətinin Bandırma rayonunda avtobusla minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb, 42 nəfər yaralanıb.

“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, hadisə yerinə çox sayda təcili tibbi yardım heyəti cəlb edilib.

Avtobusun sərnişinləri Çanaqqalaya səyahətə gedirmiş. Hadisə iyunun 11-də səhər saatlarında Edincik məntəqəsində baş verib.

Qəzanın səbəbi araşdırılır. 

Son xəbərlər

Orphus sistemi