Yuxarı

Türkiyədə iki hərbçi şəhid olub, üçü yaralanıb

Hadisə İraq və İranla həmsərhəd olan Hakkari vilayətində baş verib

Bakı. 29 avqust. REPORT.AZ/ Türkiyənin cənub-şərqində keçirilən əməliyyat zamanı iki hərbçi şəhid olub, üçü isə yaralanıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə İraq və İranla həmsərhəd olan Hakkari vilayətində baş verib.

"Anadolu" agentliyinin məlumatına görə, türk əsgərlər PKK terrorçularına qarşı əməliyyatda, terrorçuların onlara atəş açması nəticəsində şəhid olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi