Yuxarı

Türkiyədə iki dəfə zəlzələ baş verib

Birinci zəlzələ 4,1, ikinci zəlzələ isə 4,2 bal gücündə olub

Bakı. 15 oktyabr. REPORT.AZ/ Türkiyədə iki dəfə zəlzələ baş verib.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, yeraltı təkanlar Manisa vilayətin Axisar rayonunda qeydə alınıb. Yerli vaxtla saat 4,1-də qeydə alınan birinci zəlzələ 4,1, saat 05:51-də baş vermiş ikinci zəlzələ isə 4,2 bal gücündə olub.

Zəlzələlərin episentri 6,9 və 5,2 kilometr dərinlikdə yerləşib. Dağıntı və ya tələfat barəsində məlumat verilmir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi