Yuxarı

Türkiyədə iki avtobus toqquşub, 68 nəfər yaralanıb

Yaralılar arasında uşaqlar da var

Bakı. 23 sentyabr. REPORT.AZ/ Türkiyənin Karabük əyalətinin Eskipazar rayonunda iki avtobusun toqquşması nəticəsində 68 nəfər yaralanıb.

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, hadisə Karabük-Çankırı avtomobil yolunun İsmetpaşa bölgəsindən keçən hissəsində baş verib.

Məlumata görə, avtobuslardan biri TIR-a çarplıb, daha sonra isə İstanbuldan Tokata doğru hərəkət edən avtobusla toqquşub.

Yaralılar arasında uşaqlar da var. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı təhqiqat aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi