Türkiyədə iğtişaşlarda əli olmaqda şübhəli bilinən 754 nəfər saxlanılıb

Türkiyədə iğtişaşlarda əli olmaqda şübhəli bilinən 754 nəfər saxlanılıb Dövlət çevirilişinə cəhd edənlər polkovnik və polkovnik-leytenant rütbəli 400-500 zabit olub
Region
16 İyul , 2016 10:09
Türkiyədə iğtişaşlarda əli olmaqda şübhəli bilinən 754 nəfər saxlanılıb

Bakı. 16 iyul. REPORT.AZ/ Türkiyə hökuməti hərbi çevrilişə cəhddə iştirak etməkdə şübhəli bilinən 754 nəfəri həbs edib.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat verib.

Daha əvvəl "Reuters" 336 nəfərin həbs edilməsi barədə məlumat yaymışdı.

"Al Jazeera" telekanalının məlumatına görə, dövlət çevrilişinə cəhd edənlər ümumilikdə polkovnik və polkovnik-leytenant rütbəli 400-500 zabit olub.

Türkiyə baş naziri Binəli Yıldırım üsyançılar tərəfindən ələ keçirilən Eskişehir aviabazasından qalxan bütün təyyarələri vurmağı əmr edib.

Bu arada Ankara səmalarında hələ də aşağı hündürlükdə vertolyotlar hərəkət edir. Onlar parlament binasına raket zərbələri ilə hücum etdikdən sonra şəhərdəki jandarma kazarmalarına hücum edib.

Son xəbərlər

Orphus sistemi