Türkiyədə İŞİD və PKK-ya qarşı əməliyyatlarda 251 nəfər saxlanılıb

Türkiyədə İŞİD və PKK-ya qarşı əməliyyatlarda 251 nəfər saxlanılıb 13 rayonda əməliyyat aparılıb
Region
24 İyul , 2015 12:28
Türkiyədə İŞİD və PKK-ya qarşı əməliyyatlarda 251 nəfər saxlanılıb

Bakı. 24 iyul. REPORT.AZ/ Türkiyənin 13 rayonunda İŞİD və PKK terror təşkilatlarına qarşı həyata keçirilən əməliyyatda 251 nəfər saxlanılıb. "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə hökumət rəsmi açıqlama yayıb.

Açıqlamada bildirilir ki, ölkə vətəndaşlarına və təhlükəsizlik qüvvələrinə qarşı silahlı aksiya həyata keçirən bir çox şübhəli şəxsi tutmaq üçün 13 rayonda əməliyyat aparılıb. Əməliyyatlar zamanı indiyədək terror təşkilatlarına mənsub ümumilikdə 251 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi