Türkiyədə İŞİD üzvləri həbs olunub

Türkiyədə İŞİD üzvləri həbs olunub Kilis bölgəsində Suriyadan Türkiyə ərazisinə keçən altı İŞİD üzvü saxlanılıb
Region
15 Noyabr , 2015 17:57
Türkiyədə İŞİD üzvləri həbs olunub

Bakı. 15 noyabr. REPORT.AZ/ Türkiyə ərazisində İraq Şam İslam Dövləti (İŞİD) terrorçu təşkilatına qarşı həyata keçirilən antiterror əməliyyatları davam etdirilir.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən məlumatına görə, Kilis bölgəsində Suriyadan Türkiyə ərazisinə keçən altı İŞİD üzvü saxlanılıb.

Gaziantepdə isə İŞİD-ə qarşı keçirilən antiterror əməliyyatı zamanı axtarış aparılan bir evdə bomba partlayıb. Nəticədə beş polis yaralanıb. Partlayış olan evdə 2 qadın saxlanılıb, 3 azyaşlı isə aidiyyəti qaydada hökumət qurumlarına təhvil verilib.

Türkiyə Silahlı Qüvvələri isə İraqın şimalında PKK-ya məxsus 44 düşərgəni bombalayıb. Həmin ərazilərdəki terrorist düşərgələrindən qaçan 10 terrorçu Türkiyə tərəfinə təslim olub.

Son xəbərlər

Orphus sistemi