Yuxarı

Türkiyədə İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 954 əcnəbi vətəndaş həbs edilib

İndiyədək 3 300-dən çox şübhəli əcnəbi ölkədən deportasiya edilib

Bakı. 25 aprel. REPORT.AZ/ Suriya münaqişəsi başlanandan bəri Türkiyə hakimiyyəti İŞİD terror qruplaşması ilə əlaqəsi olmaqda şübhəli bilinən 954 əcnəbi vətəndaş həbs edib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Ankarada jurnalistlərə açıqlamasında məlumat verib.

"Biz İŞİD-lə mübarizə üçün bütün zəruri tədbirləri yüksək səviyyədə həyata keçiririk. Terrorçuların yardımçılarına qarşı da intensiv mübarizə aparırıq. 41 minə yaxın insana İŞİD-lə əlaqəsinin olması təhlükəsi səbəbindən ölkəyə giriş qadağan edilib. 3 300-dən çox şübhəli əcnəbi ölkədən deportasiya edilib, 2 800 şübhəli saxlanılıb və onlardan 954 nəfəri həbs edilib", - deyə İ.Kalın bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi