Türkiyədə İŞİD-i partlayıcı ilə təmin etməkdə şübhəli bilinən adam tutulub

Türkiyədə İŞİD-i partlayıcı ilə təmin etməkdə şübhəli bilinən adam tutulub İstanbulda terrorçu İŞİD qruplaşmasına qarşı keçirilən əməliyyat nəticəsində 24 əcnəbi saxlanılıb
Region
16 Sentyabr , 2016 12:40
Türkiyədə İŞİD-i partlayıcı ilə təmin etməkdə şübhəli bilinən adam tutulub

Bakı. 16 sentyabr. REPORT.AZ/ İstanbulda terrorçu İŞİD qruplaşmasına qarşı keçirilən əməliyyat nəticəsində 24 əcnəbi tutulub.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, tutulanlardan biri Azzov K. adlı Suriya vətəndaşı terrorçuları partlayıcı maddə və sursatla təmin edirmiş.

Məlumata görə, şübhəlilərdən 9-nun terrorçu qruplaşmanın aparıcılarından, 15-nin isə döyüş bölgələrinə getmək üçün Türkiyədə olduqları öyrənilib. 

Son xəbərlər

Orphus sistemi