Yuxarı
    Bağlamaq

    Türkiyədə İŞİD-ə qoşulmaq üçün Suriyaya keçmək istəyənlər tutulub

    Türkiyə vətəndaşı sərbəst buraxılıb, 13 əcnəbi isə prokurorluqda sorğu-sual edildikdən sonra ölkədən çıxarılıb

    Bakı.11 fevral. REPORT.AZ/ Türkiyənin Qaziantepdəki təhlükəsizlik qüvvələri İŞİD-ə qoşulmaq üçün Suriyaya keçməyə cəhd göstərən 14 nəfəri tutub.

    "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, onlardan biri Türkiyə vətəndaşı olub və o, sərbəst buraxılıb. 13 əcnəbi isə prokurorluqda sorğu-sual edildikdən sonra ölkədən çıxarılıb.

    Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı bununla bağlı yaydığı açıqlamada bildirib ki, onlar fevralın 9-da saat 15.00-da Oğuzeli bölgəsinin Sazgın rayonunda İŞİD-ə qatılmaq üçün Türkiyədən Suriyaya keçməyə cəhd edərkən tutulublar: "İfadələrinin alınması üçün onlar Qaziantep təhlükəsizlik idarəsinə təhvil veriliblər". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi